Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO

Bosniya və Herseqovina millisinin kapitanı Edin Ceko bu gün yığma komandada son oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, 40 yaşlı hücumçu UEFA Millətlər Liqasının III turunda İsveçə qarşı keçiriləcək görüşlə təxminən 20 illik milli karyerasını başa vuracaq. Qarşılaşma Zenitsadakı “Bilino Polye” stadionunda keçiriləcək.
Ceko Bosniya və Herseqovina millisində indiyədək 151 oyun keçirib və 73 qol vurub. O, hər iki göstəricidə yığmanın rekordçusudur. Təcrübəli forvard milli komandada debütünü 2007-ci il iyunun 2-də Türkiyəyə qarşı görüşdə edib və həmin matçda qol vurub.
Əfsanəvi futbolçunun vida oyunu ərəfəsində paytaxt Sarayevoda da xüsusi addım atılıb. Şəhərin mərkəzində yerləşən “Əbədi məşəl” abidəsinin üzərində Cekonun milli komandada daşıdığı 11 nömrəli nəhəng forma nümayiş etdirilib. Formanın üzərində “Təşəkkürlər, Almaz!” mesajı və vida matçının tarixi – 2 oktyabr 2026-cı il qeyd olunub.
Qeyd edək ki, Bosniya və Herseqovina – İsveç qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.