Azərbaycançılıq - bir söz, üç qat: milli ideya, tarix və sabahın hədəfləri

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 13° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azərbaycançılıq - bir söz, üç qat: milli ideya, tarix və sabahın hədəfləri Analitika 08 noyabr, 2026 14:59 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycançılıq sözünü bayramlarda, kütləvi tədbirlərdə, məktəblərdə tez-tez eşidirik. Şüar kimi qalanda istənilən sözün mənası heçə enir. Mənasına varanda isə onun əhəmiyyəti və daşıdığı yük aydın görünür.
Azərbaycançılıq sözünü üç qata ayırmaq olar.
Birinci qat vətəndaşlıqdır: insanlar öz aralarında müxtəlif dillərdə danışa bilər, ancaq eyni dövlətin vətəndaşı olmaları onları bir toplum edir – Azərbaycan toplumu.
İkinci qat yaddaşdır: dil, folklor, musiqi, adət-ənənə, ortaq sevinc və ortaq itki.
Üçüncü qat isə dövlətin öz ayağı üstə durmasıdır: qərarını özü verən, sərhədini qoruyan ölkə.
Bu üç qat bir-birini əvəz etmir - tamamlayır. Biri çatışmayanda o biri boş sözə dönür. Bir olanda isə milli dəyərə çevrilir.
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Xankəndidən xalqa müraciətində bunu birbaşa deyib: "Milli-mənəvi dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür".
Dövlət başçısı, Azərbaycanı məhz bu dəyərlərin irəli apardığını vurğulayıb: "Azərbaycan dövləti bu təməl üzərində qurulub. Əsrlər boyu biz bu dəyərləri qəlbimizdə yaşatmışıq, qorumuşuq və gələcək nəsillərə əmanət kimi verəcəyik".
Prezidentin müraciətində azərbaycançılıq üç cümlə ilə açılır: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir".
Yəni söhbət təkcə keçmişdən yox, bugünkü addımdan və sabahkı istiqamətdən gedir. Uğur, birlik və irəliləyiş eyni fikrin üç üzü kimi göstərilir.
Keçən əsrlərin qovşağında ziyalılar sadə, amma ağır suallar verirdilər: biz kimik, dünyaya necə açılmalı, özümüzü itirmədən necə irəliləməliyik?
Müstəqillik illərində isə azərbaycançılıq məfkurəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən aydın çərçivəyə salınıb və milli ideya kimi xalqı öz ətrafında birləşdirib. Ölkənin əsas qanunu onu dünyəvi və vahid respublika kimi müəyyən edir. İlin son günü qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəylik Günü isə fikrin təkcə sərhəd içindəkilərə aid olmadığını xatırladır: dil və yaddaş dünyanın hər bir bölgəsində yaşayanlara da uzanır.
"Bir ailə" gözəl obrazdır, amma öz-özünə işləmir
Müraciətin ən canlı yeri ailə obrazıdır. Prezident deyib: "Azərbaycanda bütün etnik qruplar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bizi birləşdirən vətəndaşlıq, həmrəylik və azərbaycançılıq məfkurəsidir. Bu, bizim milli ideyamızdır. Bu, gələcəyə aparan yoldur".
Ailə o zaman tam olur ki, kimsə kənarda qalmasın. Azərbaycanda kimsə kənarda qalmadı – hamı bir nəfər kimi torpaqları uğrunda mübarizəyə qalxdı və hamı bir nəfər kimi böyük Zəfəri bayram etdi. Amma bu birlik təkcə bayramda yaşanmır, gündəlik həyatımızda, işimizdə, bərpa olunan kənd və şəhərlərimizdə özünü göstərir.
Prezident İlham Əliyevin çıxışında bugünkü mənzərə belə təsvir olunur: ictimai-siyasi sabitlik, xoş ovqat, quruculuq meyli və cəmiyyətin vahid amal uğrunda birləşməsi. Dövlət başçısı bunun hazırkı dünyada az-az rast gəlinən mənzərə olduğunu bildirib.
Zəfər həm qürur, həm də mənəvi borcdur
Prezident Azərbaycan xalqının böyüklüyünü bayram günü belə təsvir edib: ancaq böyük xalq əzab-əziyyətə və otuzillik işğala baxmayaraq, hədələrə baxmayaraq iradə göstərib, dəstək verib və qələbəni şərtləndirib. O, hər kəsin haqlı qürur keçirdiyini, eyni zamanda bu yolda canından keçmiş şəhidlərin əziz xatirəsinin hörmətlə yad edildiyini deyib.
Ölkə başçısının sonrakı cümləsini isə şüar kimi yox, öhdəlik kimi oxumaq lazımdır: "Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin".
Güc burada təkcə silah demək deyil. İlham Əliyevin müraciətində Azərbaycan belə təsvir olunur: "həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərindən heç kimdən asılı olmayan dövlətdir, müstəqil siyasət aparan dövlətdir və ləyaqətli dövlətdir".
Ləyaqət də sadəcə passiv insani keyfiyyət deyil. Verilən sözə əməl etmək, zəifə hörmət etmək, güclüdən çəkinməmək və sabahı bugünkü coşquya qurban verməməkdir.
Sabahın hədəfləri kağızda qalmamalıdır
İdeya gözəldirsə, sabah onun imtahanıdır. İdeya əməli işsiz söz olaraq qalır. Azərbaycançılıq ideyası isə özünü əməldə aydın təsdiqləyir:
• azad olunmuş yerlərin bərpası və yenidən qurulması;