İdman24
Digər · APA Sport

Kurban Berdıyev: “Kimin necə hazır olacağını görəcəyik”

Misli Premyer Liqasının XIII turunun “Turan Tovuz” – “Kəpəz” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

"Çətin oyun oldu. “Kəpəz”lə matçlarımız ağır keçir. Hücumda və yarımmüdafiədə keyfiyyətli futbolçuları var. Oyunçularımız xarakter göstərdi".

– Penalti epizoduna baxmısınız? – Xeyr. Buna görə nəsə deyə bilmərəm.

– Xorxe Silvanın yoxluğu hiss olundu. Qarşıdakı oyunlarda onsuz çətinlik çəkməyəcəksiniz? – Kimin necə hazır olacağını görəcəyik.

– “Kəpəz”in baş məşqçisi bildirdi ki, ən azı bir xala layiq idik. Bu fikirlə razısınız? – Bu, onun fikridir.

Orijinal mənbə

İdman24 əsas səhifə