Entoni Teylorun seçimləri – Super Liqada hakim təyinatları

Türkiyə Super Liqasının VII turunda keçiriləcək oyunların hakimləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, təyinatlar Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) Elit Hakimlər Direktoru Entoni Teylorun texniki qiymətləndirmələri əsasında həyata keçirilib.
“Qalatasaray” – “Kasımpaşa” qarşılaşmasını Halil Umut Meler idarə edəcək.
“Rizespor” – “Fənərbaxça” matçında Ozan Ergün, “Beşiktaş” - "Kocaelispor" oyununda Abdullah Buğra Taşkınsoy baş hakim olacaq.
“Trabzonspor” – “Samsunspor” görüşü isə Oğuzhan Çakıra həvalə edilib.
Qeyd edək ki, MHK daha əvvəl yaydığı açıqlamada Ferhat Gündoğdunun həbsindən sonra Super Liqada hakim təyinatlarının Entoni Teylorun texniki qiymətləndirmələri əsasında həyata keçirildiyini bildirmişdi.