İdman24
Futbol · APA Sport

UEFA-dan Tural Qurbanova növbəti təyinat

FIFA referisi Tural Qurbanov növbəti təyinat alıb.

Apasport.az xəbər verir ki, azərbaycanlı hakim UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Deçiç” (Monteneqro) – “Liepaya” (Latviya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Asiman Əzizli və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

İyulun 15-də Tuzi şəhərində yerləşən “Tuşko Polje” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə