Futbol · APA Sport
“Kəpəz” – “Qəbələ” matçına 3500 bilet satılıb

Misli Premyer Liqasının V turunda “Kəpəz” “Qəbələ” ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçiriləcək matça azarkeş marağı böyükdür.
Görüş üçün indiyədək 3500 bilet satılıb.
Bu barədə “Kəpəz”in mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, qarşılaşma sentyabrın 12-də, saat 17:30-da başlayacaq.