Digər · APA Sport
Madiboya ağır cəza - Koneyə kobud müdaxilə baha başa gəldi

Qətər millisinin futbolçusu Assim Madibo cəzalandırılıb.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi DÇ-2026-da Kanada ilə oyunda İsmail Koneyə qarşı kobud müdaxiləsinə görə 5 oyunluq diskvalifikasiya olunub.
FIFA-nın qərarına əsasən, Madibo qarşıdakı 5 matçda komandasına kömək edə bilməyəcək. Onun müdaxiləsi nəticəsində kanadalı futbolçunun ayağı sınıb.
Qeyd edək ki, Qətər DÇ-2026-nın B qrupunda Kanadaya 0:6 hesabı ilə məğlub olub.