Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışları keçirilib

İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 24° C USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışları keçirilib Fərdi 19 sentyabr, 2026 17:51 Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışları keçirilib.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) "Report" a verilən məlumata görə, budəfəki turnirlərdə starta 10 Qarabağ və 15 Dilbaz atı çıxıb.
3 yaşadək Qarabağ atlarının 1600 metr məsafəyə "Böyük tac" kuboku "Semum" atı ilə mübarizə aparan Sadiq Azayevə qismət olub.
"Yıldız" atının çaparı Ramal Əliyev finişə ikinci çatıb. Hilal Nəzərovun tərkində olduğu "Asya" atı 3-cü yeri çox çətinliklə qazanıb.
Əvəzində Hilal Nəzərov bu məsafəyə Dilbaz atlarının "Böyük tac" kuboku uğrunda yarışında "Mərmər 2" atı ilə kuboku başı üzərinə qaldırıb. Rauf Tahirovun "Zilahar"ı finişi 2-ci, Sadiq Azayevin çapdığı "Şans" atı isə 3-cü keçib.
4 yaşadək Dilbaz atları "Böyük Bakı" kubokunun qalibini də müəyyən ediblər.
2400 metr məsafədə mübarizə Rauf Tahirovun "Zəmzəm"inin qələbəsi ilə yekunlaşıb. Hilal Nəzərovun çapdığı "Lavin"lə Ramal Əliyevin "Tomris"i müvafiq olaraq 2 və 3-cü pilləni tutub.
5 yaş və daha böyük yaşlı atların 2 yarışı da 2400 məsafəyə keçirilib. Qarabağ atlarının mübarizısində ARAF kuboku Hilal Nəzərovun çapdığı "Sultan" atına qismət olub. Dilbaz atlarının yarışı isə Sadiq Azayevin "Dərviş"atının uğuru ilə yekunlaşıb.
Növbəti startlar oktyabrın 3-nə planlaşdırılıb.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif İdman Şöbəsi Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 20:15 Foto Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda vətəndaş qəbulu keçirib Daxili siyasət 20:07 Ukraynada Ermənistanın azərbaycanlı əhalisinin tarixi haqqında kitab çap olunub Digər ölkələr 20:04 ABŞ-də dörd şirkət süni intellektin inkişafını ləngitməkdə ittiham edilib İKT 20:03 20 Sentyabr yalnız hərbi uğurun deyil, həm də milli birliyin təcəssümüdür - RƏY Daxili siyasət 19:55 İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər Region 19:45 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərindən biri heç-heçə edib, digəri qələbə qazanıb Fərdi 19:42 CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib Digər ölkələr 19:32 Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub edib Futbol 19:25 Vuçiç: İstefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözləyirəm Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.