Futbol · APA Sport
“Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI

“Arsenal”ın futbolçusu Qabriel Martinelli karyerasını Səudiyyə Ərəbistanıda davam etdirəcək.
Apasport.az xəbər verir ki, braziliyalı oyunçu “Əl-Hilal”a keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 25 yaşlı vingerlə 4 illik müqavilə imzalanıb. "Əl-Hilal" bu keçid üçün qarşı tərəfə 70 milyon avro ödəyib. Bu, “Arsenal” tarixində ən bahalı futbolçu satışı olub.
Qeyd edək ki, Martinelli ötən mövsüm Premyer Liqada 30 matçda meydana çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.