İdman24
Digər · APA Sport

Leao addım-addım “Qalatasaray”a -

“Qalatasaray” “Milan”ın ulduz futbolçusu Rafael Leao ilə bağlı rəsmi danışıqlara başlayıb.

Apasport.az xəbər verir ki, Super Liqa təmsilçisi portuqaliyalı vingerin transferi ilə bağlı A Seriyası klubu ilə görüşlərə start verib.

27 yaşlı futbolçu tibbi müayinədən keçmək və rəsmi müqavilə imzalamaq üçün bu gün İstanbula gedəcək.

“Qalatasaray” Leaonun transferi üçün “Milan”a 38 milyon avro ödəyəcək. Razılaşmaya əsasən, daha 5 milyon avro bonus nəzərdə tutulub.

Portuqaliyalı futbolçu İstanbul təmsilçisində illik 9-10 milyon avro maaş alacaq. Bonuslarla birlikdə onun illik qazancı 12 milyon avroya qədər yüksələ bilər.

Bonus şərtləri arasında “Qızıl top”a namizəd olmaq və Türkiyə Super Liqasının bombardiri olmaq kimi göstəricilər yer alır.

Qeyd edək ki, Rafael Leao 2019-cu ildən “Milan”da çıxış edir. Portuqaliya millisinin üzvünün İtaliya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Orijinal mənbə

İdman24 əsas səhifə