İdman24
Digər · APA Sport

“Fənərbaxça”dan Leao üçün rəsmi addım

“Fənərbaxça” Rafael Leaonun transferi üçün hərəkətə keçib.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin iddiasına görə, İstanbul klubu “Milan” rəhbərliyi və portuqaliyalı futbolçunun nümayəndələri ilə görüşərək rəsmi təklifini təqdim edəcək.

“Sarı-lacivərdlilər” Leaonu birdəfəlik transfer etmək niyyətindədir. Tərəflərin yaxın vaxtlarda yekun qərar verməsi gözlənilir.

Qeyd edək ki, Portuqaliya millisinin üzvünün "rossonyerilər"lə müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.

Orijinal mənbə

İdman24 əsas səhifə