Futbol · APA Sport
“Karvan-Yevlax”dan yeni transfer

"Karvan-Yevlax" transfer çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, I Liqa təmsilçisi Armando Melo Dos Santos Brenneri rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı müdafiəçi ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu son olaraq Maltanın "Xevkija Tiqers" klubunun formasını geyinib.