"Sabah" - "Borussiya" oyununun hakimi: 14 yaşında tribunadan meydana enən FIFA referisi

İlham Əliyev Zəfərə gedən yol Bakı 21° C USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Sabah" - "Borussiya" oyununun hakimi: 14 yaşında tribunadan meydana enən FIFA referisi Futbol 19 oktyabr, 2026 11:43 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqasındakı "Sabah" - "Borussiya" (Dortmund, Almaniya) oyununa təyinat alan Xavyer Alberola Roxas İspaniyanın məşhur hakimlərindən biridir.
"Report" un məlumatına görə, 35 yaşlı FIFA referisi karyerasında ilk dəfə Azərbaycan təmsilçisinin matçını idarə edəcək.
2017-ci ildə La Liqada debüt edən ədalət təmsilçisi 2024-cü ildə beynəlxalq oyunlara təyinat alıb. O, 2025-ci ilin dekabrında isə UEFA-nın birinci kateqoriyalı hakimlərinin siyahısına daxil edilib.
Xavyer Alberola Roxasın hakimliyə gəlişi maraqlı alınıb. O, 14 yaşında İspaniyanın Yunkos bölgəsində yoldaşlıq oyunlarından birini tribunadan izləyib. Matça təyin olunmuş hakim gəlməyib. Təşkilatçılar tribunadan könüllü hakim axtarıblar.
Xavyer Alberola Roxas öz namizədliyini irəli sürüb. Əvvəlcə yaşının az olması səbəbindən tərəddüd edilsə də, başqa könüllü tapılmadığı üçün ona fit verilib və o, matçı idarə edib. O, daha sonra digər yoldaşlıq görüşlərinə dəvət alıb və hakimlik kursuna yazılıb.
İspaniyalı referi 2026-cı ildə "Real Sosyedad"ın "Atletiko"nu məğlub etdiyi (3:2) İspaniya Kubokunun final matçında da söz sahibi olub. O, 2024/2025 və 2025/2026 mövsümlərində La Liqada 20 oyuna baş hakim kimi təyinat alıb.
Xatırladaq ki, "Sabah" - "Borussiya" oyunu oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 12:37 Berikaşvili: Azərbaycan-Gürcüstan əməkdaşlığı suverenliyin möhkəmləndirilməsinə əsaslanmalıdır Region 12:36 Türkiyədə sel fəlakətindən ölənlərin sayı 9-a çatıb Region 12:34 Sabah rayonlara yağış yağacaq Ekologiya 12:30 Asif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb Futbol 12:27 Rubio G20 sammitindən sonra Qazaxıstana səfər etməyi planlaşdırır - Yenilənib Digər ölkələr 12:25 İsmayıllıda zəlzələ olub Hadisə 12:25 ABŞ və Özbəkistan arasında kosmik əməkdaşlığa dair saziş imzalanıb Region 12:16 İspaniyada "Adam" qasırğası və leysan yağışları səbəbindən "qırmızı" təhlükə səviyyəsi elan edilib Digər ölkələr 12:03 Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb Biznes Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.