İdman24
Digər · APA Sport

Kurban Berdıyev: “Daha yaxşı oyun sərgiləyəcəyik”

Misli Premyer Liqasının III turunda "Kəpəz" "Turan Tovuz"u qəbul edib - 1:0.

Apasport.az xəbər verir ki, matçdan sonra tovuzluların baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.

"Ötən oyunla müqayisədə, bu matçda daha yaxşı oyun sərgilədik. Buna baxmayaraq məğlub olduq. Rəqib 1 epizod yaratdı və qol vurdu. Biz çox epizodlar yaratdıq".

- Sizi komandanın oyununda ən çox nə narahat edir? - Ən çox hücum narahat edir. Balau və Vadjinin tam hazır olmaması bizə probleər yaradır. Ümid edirəm ki, daha yaxşı oyun sərgiləcəyik.

- Balau və Vadji ilə çempion olmağa ümid edirsinizmi? - Əlbəttə.

- Mövsümün əvvəlində "Turan Tovuz" azarkeşlərindən istefa səsləri eşidilirdi. Bu amil sizi narahat edir? - Məni narahat etmir.

- Yeni stadionla bağlı düşüncələriniz? - Ancaq sevinə bilərəm ki, Azərbaycanda belə stadionlar tikilir.

Orijinal mənbə

İdman24 əsas səhifə