Digər · APA Sport
Azərbaycan I Liqasında püşkatma mərasimi keçirilib

Bu gün futbol üzrə Azərbaycan I Liqasında 2026-2027-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, Peşəkar Futbol Liqasının inzibati binasında təşkil olunan tədbirdə PFL prezidenti Elxan Səmədov, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev, komandaların nümayəndələri iştirak ediblər.
10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək turnirin I və XIX turlarının (III dövrənin) püşkləri atılıb.
3 sentyabr tarixində start götürəcək yeni mövsümün I və XIX turunda üz-üzə gələcək komandalar aşağıdakı kimidir:
“Baku Sportinq” – “Karvan-Yevlax”