“Nyukasl” rekord transferini icarəyə göndərir – Voltemade "gözdən çıxarıldı"

“Nyukasl Yunayted” hücumçusu Nik Voltemadeni bu mövsüm icarəyə göndərməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Almaniya millisinin üzvü Eddi Haunun yeni mövsüm üçün planlarında əsas hücumçu kimi nəzərdə tutulmur. İngiltərə klubu onun müntəzəm oyun təcrübəsi qazanması üçün icarəyə verilməsi variantını nəzərdən keçirir.
Voltemade ötən yay “Ştutqart”dan 75 milyon avro və əlavə 5 milyon avro bonus qarşılığında transfer edilmişdi. Ümumi məbləği 80 milyon avroya çatan keçid “Nyukasl” tarixinin rekord transferi olmuşdu.
23 yaşlı hücumçu 2026-cı il dünya çempionatında Almaniya millisinin heyətində də gözləntiləri doğrulda bilməyib. Mundialdakı zəif çıxışından sonra Voltemade “Nyukasl”da əsas hücumçu kimi düşünülmür. Qeyd edək ki, Voltemadenin "Nyukasl"la müqaviləsinin müddəti 30 iyun 2031-ci ilədək qüvvədədir.