ÇL: “Qalatasaray” İstanbulda 3 xal axtarışında – YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turuna start veriləcək.
Apasport.az xəbər verir ki, Türkiyə təmsilçisi “Qalatasaray” doğma meydanda Almaniyanın “Ştutqart” klubu ilə qarşılaşacaq.
“RAMS Park” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Kris Kavanoq idarə edəcək.
Okan Burukun rəhbərlik etdiyi “Qalatasaray” üç turdan sonra 3 xalla turnir cədvəlinin 23-cü pilləsində qərarlaşıb. “Ştutqart” isə 7 xalla 6-cı sırada yer alır.
İstanbul təmsilçisi əvvəlki turda “Lill”i səfərdə 4:2 hesabı ilə məğlub edib.
Almaniya klubu isə Çempionlar Liqasının cari mövsümündə hələ məğlubiyyətlə üzləşməyib.
21:45. “Qalatasaray” (Türkiyə) – “Ştutqart” (Almaniya)
Baş hakim : Kris Kavanoq (İngiltərə).