İdman24
Digər · APA Sport

“Tvente” ilə başlayan nağıl “Tvente” ilə başa çatdı

Çətindir… Avropa yarışlarında nəhayət ki, iki komanda ilə təmsil olunacağımızı gözləyirdik. “Qarabağ”ın təcrübəsi, bacarığı və gücü buna inanmağımıza zəmanət verirdi.

12 il öncə, yayın son həftələrində Niderlandda başlayan era Bakıda sona çatdı. Məhz həmin “Tvente” ilə duel bu dəfə əks nəticə verdi. İllər öncə biz sevinmişdiksə, indi sıra onlara keçdi.

Matçın ilk hissəsindən sonra ümumi hesab 2:0 təmsilçimizin xeyrinə idi. Heyətdə zədəlilərin çoxluğu, yeni transferlərin komandaya uyğunlaşa bilməməsi acı sonluğa səbəb oldu. Qorxduğumuz başımıza gəldi. Avropada “Qarabağ” nağılı başa çatdı.

Amma yalnız bu mövsümlük bitdi. Növbəti mövsüm Avropa meydanlarında rəqiblərinə diz çökdürən daha güclü, daha inamlı “Qarabağ” görəcəyik. Ən azından son iki transfer bunu söyləməyə inam verir.

Hələlik bayquşun yalnız uçuşundan zövq alaq. Növbəti mövsüm atla birlikdə tarixi yürüşə çıxacaqlar…

Orijinal mənbə

İdman24 əsas səhifə