"Turan"ın baş məşqçisi Ziya Rəcəbov: "Xorvatiyadakı oyun istədiyimiz kimi alınmadı"

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 17° C USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Turan"ın baş məşqçisi Ziya Rəcəbov: "Xorvatiyadakı oyun istədiyimiz kimi alınmadı" Komanda 30 oktyabr, 2026 12:13 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Qadın voleybolçulardan ibarət "Turan" komandasının CEV Çempionlar Liqasının II təsnifat mərhələsindəki cavab oyunu istənilən kimi alınmayıb.
Bu barədə "Report" a Azərbaycan təmsilçisinin baş məşqçisi Ziya Rəcəbov açıqlama verib.
O, Xorvatiyada yerli "Mladost" komandasına 3:2 hesabı ilə qalib gəldikləri matçla bağlı fikirlərini bölüşüb:
"Çox ağır oyun oldu. Yol yorğunluğu, ölkələr arasındakı üç saatlıq fərq var idi. Hazırlaşmaq üçün də çox vaxtımız olmadı. Oyunumuz tam istədiyimiz kimi alınmadı. Amma rəqib də yaxşı komandadır. Bizdə demək olar ki, heyət yenilənib. Onlar isə uzun müddətdir ki, bir yerdə oynayırlar. Anlaşma onlarda daha yaxşı idi. Voleybolçularımızın təcrübəsi sözünü dedi. Meydançada xarakter göstərdilər".
Z.Rəcəbov rəqibin onları təxribata çəkdiyini söyləyib:
"Rəqibin baş məşqçisi idmançıya yaraşmayan hərəkətlər etdi. Biz onları Tovuzda necə qarşılamışdıqsa, tam əksini gördük. İtaliyalı baş məşqçiləri Rikkardo Boieri məğlubiyyətlə barışmaq istəmirdi. Oyunçularıma təşəkkür etmək istəyirəm. Çox əziyyət çəkdilər. Azərbaycanın Xorvatiyadakı səfirliyindən də bizə dəstək oldu".
Mütəxəssis III təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" klubu ilə üz-üzə gələcəklərini xatırladıb:
"Onlar da gənc kollektivdir. Hələlik rəqiblə bağlı dəqiq məlumatımız yoxdur. "Maritsa"nı təhlil edəcəyik".
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 12:41 Video №1 Çörək Zavodu əməkdar jurnalistin şikayətini nəzarətə götürüb Sosial müdafiə 12:33 Foto Milli İncəsənət Muzeyində Aydan Salahovanın "Qız Qalası" fərdi layihəsinin təqdimatı olub İncəsənət 12:32 Foto Azərbaycan millisi FIFA U-15 dünya çempionatında sonuncu matçını keçirib Futbol 12:31 Oktyabrın son günü Azərbaycanda yağış yağacaq Ekologiya 12:14 İtaliyada kütləvi etirazların yeni dalğası başlayıb Digər ölkələr 12:14 TDT-nin yeni baş katibi Özbəkistanın təmsilçisi olacaq Xarici siyasət 12:13 "Turan"ın baş məşqçisi Ziya Rəcəbov: "Xorvatiyadakı oyun istədiyimiz kimi alınmadı" Komanda 12:12 Foto Vüsal Xəlilov: "Mərkəzi Asiya ilə ödəniş sistemlərinin inkişafında maraqlıyıq" Maliyyə 12:09 Foto Ağdamda Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilir Qarabağ Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.