Digər · APA Sport
“İnter”də yeni müqavilə - RƏSMİ

“İnter” futbolçusu Karlos Auqusto ilə müqavilənin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, Milan təmsilçisi braziliyalı müdafiəçi ilə 2031-ci il iyunun 30-dək qüvvədə olacaq yeni sözləşmə imzalayıb.
Əvvəlki müqaviləsi 2028-ci ilin yayına qədər olan 27 yaşlı futbolçunun maaşı da artırılıb. O, yeni anlaşmaya əsasən bonuslar daxil olmaqla, mövsüm ərzində 4 milyon avro qazanacaq.
Qeyd edək ki, Auqusto bu mövsüm “İnter”in heyətində 14 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.