Azərbaycan uzunmüddətli strategiyanın həyata keçirilməsi sayəsində II Qarabağ müharibəsində qələbə qazanıb

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol Bakı 19° C USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Ekspert: Azərbaycan II Qarabağ müharibəsində təkcə dronlarla deyil, strategiya sayəsində qələbə qazanıb Xarici siyasət 03 noyabr, 2026 12:32 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan II Qarabağ müharibəsində qələbəni yalnız pilotsuz uçuş aparatlarının istifadəsi hesabına deyil, uzunmüddətli strategiyanın həyata keçirilməsi sayəsində qazanıb.
"Report" xəbər verir ki, bunu "Qarabağ uğrunda müharibə: strategiya, texnologiya və qələbə" kitabının müəllifi, "Madison Policy Forum"un direktoru, "New America" təşkilatının gələcək təhlükəsizlik məsələləri proqramının baş elmi işçisi və Yaxın Şərq İnstitutunun əməkdar hərbi elmi işçisi Liam Kollinz kitabın təqdimatında deyib.
O vurğulayıb ki, bu münaqişənin tarixdə taleyini pilotsuz sistemlərin həll etdiyi ilk silahlı qarşıdurma olması barədə bir təsəvvür mövcuddur.
"Şübhəsiz ki, pilotsuz aparatlar öz rolunu oynadı. Lakin müharibədəki qələbə bir məqsədə - Qarabağın azad edilməsinə yönəlmiş irimiqyaslı strategiyanın 20 ildən artıq müddətdə həyata keçirilməsinin, eləcə də bu tapşırığı yerinə yetirməyə qadir olan silahlı qüvvələrin yaradılması, formalaşdırılması və tətbiqinin nəticəsi idi", - Kollinz bildirib.
Qeyd edək ki, bu gün "Baku Book Center"də Liam Kollinz və Con Spenserin "Qarabağ uğrunda müharibə: strategiya, texnologiya və qələbə" kitabının təqdimatı keçirilir. Kitab üzərində iş təxminən iki il davam edib. Bu nəşr xaricdə Azərbaycanın 44 günlük müharibədəki qələbəsinə həsr olunmuş ilk irimiqyaslı və hərtərəfli hərbi-analitik tədqiqatdır.
Kitabda qələbənin yalnız pilotsuz aparatlardan istifadə sayəsində əldə edildiyi barədə geniş yayılmış fikir şübhə altına alınıb, milli potensialın və dövlət quruculuğunun rolu vurğulanıb. Həmçinin qeyd olunub ki, Azərbaycanın döyüş meydanındakı qələbəsinin əsas səbəbi müasir döyüş sistemlərinin tətbiqi konsepsiyasının dərindən mənimsənilməsidir.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Nəzrin Babayeva Sosial şəbəkələrdə paylaşın Kopyalandı Эксперт: Азербайджан выиграл II Карабахскую войну за счет стратегии, а не только дронами Azerbaijan won Second Garabagh War due to long-term strategy, not just drones, US expert says --> --> --> --> --> USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 19° C Son xəbərlər 14:07 Cənubi Koreya və Türkiyə prezidentləri müdafiə və AES sahəsində əlaqələri genişləndirəcək Digər ölkələr 14:06 Arseniy Djioyev Azərbaycan idmançılarının reytinqində birinci pilləyə yüksəlib Fərdi 13:57 Deputat: "Regionlarındakı sahibkarlar elektron ticarətə inteqrasiya edilməlidir" Biznes 13:41 Sorğu: Ukraynalıların 60 %-dən çoxu ABŞ-nin Kiyevə təzyiq göstərdiyini hesab edir Digər ölkələr 13:34 Foto ABŞ-li ekspertlərin Azərbaycanın 44 günlük müharibədəki qələbəsinə həsr olunan kitabı təqdim edilib Daxili siyasət 13:29 UEFA Avropa Liqası: Əliyar Ağayev İspaniyada "Selta"nın oyununu idarə edəcək Futbol 13:24 "Elektron ticarət haqqında" qanunun əhatə dairəsinin genişləndirilməsi I oxunuşda qəbul edilib Biznes 13:23 Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb Futbol 13:22 Foto Qazaxıstan və Azərbaycan Orta Dəhlizlə illik yük axınını 12 milyon tona çatdırmağı planlaşdırır İnfrastruktur Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.