Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır

İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Bakı 19° C USD - 1.700 EUR - 1.881 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır Energetika 14 noyabr, 2026 10:51 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Sabahdan Azərbaycanda növbəti istilik mövsümünə start verilir.
"Report" bu barədə "Azəristiliktəchizat" ASC-yə istinadən xəbər verir.
Məlumata görə, 2026-2027-ci illər payız-qış mövsümü ərzində Bakıda və regionlarda 549 qazanxana, 87 istilik məntəqəsi və 2 yüksəldici nasos stansiyası vasitəsilə 3 838 yaşayış binasının (təxminən 178 min mənzil), 272 məktəbin, 159 uşaq bağçasının, 142 səhiyyə obyektinin və digər obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.
Mövsümə hazırlıq işləri ilk növbədə əvvəlki mövsüm ərzində baş vermiş qəza və nasazlıq halları nəzərə alınmaqla hazırlanmış tədbirlər planına əsasən aprel ayından etibarən başlanılıb və bu müddətdə 12 153 metr istilik xətti dəyişdirilib, 875 dirsək yenilənib, 5 458 kvadratmetr sahədə izolyasiya örtüyü bərpa edilib, 30 qazan aqreqatı əsaslı, 182 -si cari təmir edilib, 1 131 qazanın qızma səthi təmizlənib. 438 nasos, 5 282 siyirtmə və 531 mühərrik təmir olunub, 22 dəst nasos, 312 siyirtmə və 100 ventil yenisi ilə əvəzlənib.
Bundan əlavə, 135 kilometr qaz xətti yoxlanılıb, 298 metr yeni qaz xətti çəkilib. Mövsüm boyu istilik təsərrüfatlarımızda quraşdırılmış 85 min dən çox avadanlıq və qurğu fasiləsiz işləməlidir.
Qurumun 2026-2027-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin, o cümlədən qazanxana, istilik şəbəkələri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların etibarlığının və dayanıqlığının təmin edilməsi məqsədi ilə bu il 1 000 km-dən çox istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və 10 km-dən çox müxtəlif diametrli magistral və məhəllədaxili istilik xətləri dəyişdirilərək yenilənib.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2026-cı il 4 may tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə qaydaları"na əsasən iqlim şəraiti fərqli olan 26 rayon və şəhərdə istilik mövsümü noyabrın 1-dən, Bakıda və digər ərazilərdə isə noyabrın 15 -dən başlayır. Əvvəlki illərdə istilik mövsümünün noyabrın 1 -dən başlanması nəzərdə tutulan şəhər və rayonların sayı cəmi 9 ədəd olub və qeyd edilən 26 rayondan 18 -də "Azəristiliktəchizat"ın xidmət sahələri fəaliyyət göstərir.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Aqşin Rafiqoğlu Sosial şəbəkələrdə paylaşın Kopyalandı Завтра в Азербайджане начинается отопительный сезон --> --> --> --> --> USD - 1.700 EUR - 1.881 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.037 Bakı 19° C Son xəbərlər 17:31 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır ASK 17:27 Böyük Britaniya ilə strateji tərəfdaşlıq Azərbaycanın dayanıqlı inkişafına xidmət edəcək - Rəy Daxili siyasət 17:25 Hesablama Palatası: Özəlləşdirmə üzrə borc qalıqları büdcə üçün əlavə vəsait potensialı yaradır Maliyyə 17:22 İoannis Diamantakos: "İrlandiyaya qarşı oyunda müdafiədə çox zəif çıxış etdik" Komanda 17:19 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Energetika 17:17 Foto Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək ASK 17:07 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib İnfrastruktur 16:51 Foto Zaur Mikayılov Naxçıvanda su layihələrinin icrası ilə tanış olub İnfrastruktur 16:45 Foto Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Fərdi Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.