İdman24
Digər · APA Sport

Pepedən De Paula sərt sözlər: “Bizim dövrümüzdə oynasaydı...”

Portuqaliya millisi və “Real Madrid”in sabiq müdafiəçisi Pepe argentinalı futbolçu Rodriqo De Paul barədə sərt fikirlər səsləndirib.

Apasport.az xəbər verir ki, veteran müdafiəçi De Paulun onun oynadığı dövrdə meydana çıxmasının argentinalı üçün yaxşı nəticələnməyəcəyini bildirib:

“Şanslı idi ki, bizim dövrümüzdə oynamadı. Mən qırmızı vərəqə alıb bir neçə oyunluq cəza çəkərdim, amma o, sonrakı 6 ayı xəstəxanada keçirərdi”.

Portuqaliyalı bununla kifayətlənməyərək De Paul ilə Robert Levandovskini də müqayisə edib:

“Levandovski hər kəsin hörmət etdiyi, hər kəsin tanıdığı və De Pauldan daha çox kubok qazanmış futbolçudur. Robert karyerası boyunca ölümcül hücumçu kimi xatırlanacaq. De Paul isə həmişə Messinin adamı kimi yadda qalacaq”.

Orijinal mənbə

İdman24 əsas səhifə