Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"

İlham Əliyev 27 Sentyabr - Anım Günü Bakı 23° C USD - 1.700 EUR - 1.933 TRY - 0.035 GEL - 0.651 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev 27 Sentyabr - Anım Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq" Futbol 27 sentyabr, 2026 19:26 Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq.
"Report" un AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyi ilə Kaunas şəhərinə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında deyib.
Mütəxəssis Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Litvaya qarşı keçirdikləri qarşılaşmanı (1:1) dəyərləndirib:
"Penalti epizodu şübhəli idi. Epizodun əvvəlində Emil Səfərova qarşı kobudluq var idi. Hesabı bərabərləşdirəndən sonra üstünlüyü ələ aldıq. Komanda şəklində intizamlı oynadıq.
Azərbaycan xalqı üçün anlamlı bir gündə meydana çıxdığımızın fərqində idik. Qalib də gələ bilərdik. Amma uduzmamaq da vacib idi. İnşallah, qələbələr də gələcək".
Mütəxəssis hədəfin qrupda 1-ci yeri tutmaq olduğunu vurğulayıb:
"Bu məqsəd üçün sona qədər mübarizə aparacağıq. D Liqasından yuxarı qalxmaq istəyirik. Eyni zamanda milli komanda oyun planında daha da inkişaf etməlidir. Oyun baxımından artıq buna nail oluruq. İstədiyimiz oyunu sərgiləyirik.
Milli üzvlərində özünəinam formalaşıb. Zamanla daha da yaxşı olacağıq. Lixtenşteynlə növbəti matçda qələbə üçün oynayacağıq".
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu oktyabrın 1-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteynə qarşı keçirəcək.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Kənan Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.933 TRY - 0.035 GEL - 0.651 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 21:26 Türkiyədə mikroavtobusla minik avtomobil toqquşub, ölən və yaralananlar var Region 21:11 Foto Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər parkını ziyarət edib Daxili siyasət 20:59 Foto Türkiyə və Özbəkistan hərbçiləri Azərbaycanın Vətən müharibəsindəki zəfəri barədə məlumatlandırılıb Hərbi 20:47 Foto Azərbaycan Ordusunda Anım günü münasibətilə tədbirlər keçirilib Hərbi 20:33 Foto İpoteka və Kredit Zəmanət Fondunun kollektivi şəhidləri anıb Daxili siyasət 20:26 Foto Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər parkını ziyarət ediblər Daxili siyasət 20:20 Foto Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Zəfər Parkını ziyarət ediblər Daxili siyasət 20:06 Edqaras Yankauskas: "Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik" Futbol 19:37 Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.