İdman24
Futbol · Report İdman

Sabah Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol Bakı 17° C USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Sabah Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək Fərdi 30 oktyabr, 2026 18:01 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Afrika qitəsində ilk dəfə təşkil olunan Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi oktyabrın 31-də Seneqalın paytaxtı Dakarda keçiriləcək.

Bu barədə "Report" a Azərbaycan Milli Olimpiya Komitəsindən məlumat verilib.

Seneqal futbol yığmasının ev oyunlarını keçirdiyi Abdulaye Vade stadionunda təşkil olunacaq təntənəli açılış mərasimi Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Oktyabrın 31-dən noyabrın 13-dək davam edəcək mötəbər yarışda dünyanın müxtəlif ölkələrindən olan istedadlı yeniyetmə idmançılar 25 idman növü üzrə qüvvələrini sınayacaq. Afrika qitəsində ilk dəfə təşkil olunacaq Yeniyetmələrin Olimpiadasında Azərbaycan 8 idman növündə 13 idmançı ilə təmsil olunacaq.

Açılış mərasimində Azərbaycan komandasının bayraqdarları üzgüçülər - III MDB Oyunlarının qalibi və VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Süleyman İsmayılzadə ilə VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Məryəm Cavadova olacaqlar.

İdmançılarımız Dakar Olimpiadasında çimərlik güləşi, üzgüçülük, taekvondo, boks, qılıncoynatma, şosse velosipedi, cüdo və atletika idman növləri üzrə yarışlarda mübarizə aparacaqlar. Komandanın heyətində çimərlik güləşində dörd idmançı - Günel Kərimli (55 kq), Elgün Kərimli (90 kq), Tunar Quliyev (70 kq) və Nihad Süleymanlı (80 kq), üzgüçülük yarışlarında Süleyman İsmayılzadə və Məryəm Cavadova, taekvondoda Zəhra İsayeva (44 kq) və Adil Kazımlı (73 kq), boksda Gülər Hüseynova (51 kq), qılıncoynatmada Abbas Hüseynov, şosse velosipedində Nihad Xudoyev, cüdoda İbrahim Talıbov (-55 kq), atletikada isə Daniil Şuvayev Azərbaycanı təmsil edəcəklər.

Yeniyetmələrin IV Yay Olimpiya Oyunları Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında təşkil olunur.

Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Kənan Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı Завтра в Дакаре состоится церемония открытия IV Летних Юношеских Олимпийских игр --> --> --> --> --> USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 18:37 Foto Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışında iştirak ediblər Turizm 18:30 Foto Gəncə Regional Turizm Şurasının ilk iclası keçirilib Turizm 18:23 Azərbaycanda sığorta bazarı üçün rəqəmsal pasport yaradılacaq Maliyyə 18:21 Foto ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – "Məhsul bayramı" təşkil edilib Elm və təhsil 18:20 XIV Leo ABŞ-də keçirilən seçkilərdə səs verən ilk Roma Papası olub Digər ölkələr 18:17 Azərbaycanda qəza riski yüksək olan yollar sığorta məlumatları ilə müəyyənləşdiriləcək İnfrastruktur 18:16 Azərbaycan və Türkiyə arasında müttəfiqlik əlaqələrinin gücləndirilməsi müzakirə olunub Xarici siyasət 18:05 "Ziraat Bank Azərbaycan"ın istiqrazlarına 110 investor maraq göstərib Maliyyə 18:04 İSB son 5 ildə 5 milyon manatdan çox kompensasiya ödəyib Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə