Tayvan ilk dəfə "Cheetah" zirehli döyüş maşınını sınaq atışlarında nümayiş etdirib

İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 25° C USD - 1.700 EUR - 1.943 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Tayvan ilk dəfə "Cheetah" zirehli döyüş maşınını sınaq atışlarında nümayiş etdirib Digər ölkələr 24 sentyabr, 2026 07:51 Tayvan Silahlanma İdarəsi adada hazırlanmış "Cheetah" ("Gepard") adlı zirehli təkərli döyüş maşınını ilk dəfə sınaq atışları zamanı nümayiş etdirib.
"Report" xəbər verir ki, bu barədə Taipei Times məlumat yayıb.
Məlumata görə, "Cheetah" zirehli maşınlarının seriyalı istehsalına 2027-ci ildə başlanılması planlaşdırılır.
"Cheetah" Tayvan Silahlanma İdarəsi ilə Çunşan Elm və Texnologiya İnstitutunun birgə layihəsidir. Döyüş maşını 105 millimetrlik top və iki pulemyotla təchiz olunub.
Sınaqlar zamanı "Cheetah" həm hərəkətsiz, həm də hərəkətdə olan hədəflərə qarşı müxtəlif məsafələrdən altı ədəd yüksək partlayış-fuqaslı mərmi ilə atəş açıb. Atışlar həm dayanmış vəziyyətdə, həm də maşın hərəkətdə olarkən həyata keçirilib.
"Cheetah" prototipi ilk dəfə 2023-cü ildə sınaqdan keçirilib. Sınaqların nəticələrinə əsasən, döyüş maşınının konstruksiyasına bir sıra dəyişikliklər edilib. Tayvan hərbçiləri ümumilikdə 178 ədəd "Cheetah" sifariş edib. Maşınların seriyalı istehsalının 2027–2033-cü illər ərzində həyata keçirilməsi nəzərdə tutulur.
Layihənin ümumi büdcəsi 57,07 milyard Tayvan dolları, yəni təxminən 1,8 milyard ABŞ dolları təşkil edir.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Sosial şəbəkələrdə paylaşın Скопировано Тайвань впервые показал на стрельбах боевую машину Cheetah USD - 1.700 EUR - 1.943 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 08:50 Qida borusu xərçənginin aşkarlanması üçün süni intellekt modeli hazırlanıb Sağlamlıq 08:47 Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb Digər ölkələr 08:31 Yaponiyada qasırğadan sonra təxminən 17 min ev və mənzil elektrik enerjisiz qalıb Digər ölkələr 08:27 Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq Energetika 08:16 Bakının bir sıra yollarında tıxac yaranıb İnfrastruktur 08:09 Pakistan ordusu Əfqanıstanın Qəndəhar şəhərinə zərbə endirib Region 07:51 Tayvan ilk dəfə "Cheetah" zirehli döyüş maşınını sınaq atışlarında nümayiş etdirib Digər ölkələr 07:25 Si Cinpin: Çin və ABŞ dinc yanaşı yaşamaq üçün şərait yaratmalıdır Digər ölkələr 07:00 Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək Formula 1 Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.