Futbol · APA Sport
Vozinya Zoff və Şiltona çatdı - DÇ tarixində 3-cü oldu

Kabo-Verde millisinin qapıçısı Vozinya DÇ-2026-da tarixi göstəriciyə imza atıb.
Apasport.az xəbər verir ki, 40 yaşlı qolkiper dünya çempionatlarında 40 yaşından sonra birdən çox oyunda qapısını toxunulmaz saxlayan 3-cü qapıçı olub.
Buna qədər bu göstəriciyə yalnız Dino Zoff və Peter Şilton nail olmuşdu. Zoff 40 yaşından sonra 2, Şilton isə 3 mundial matçında qol buraxmamışdı.
Qeyd edək ki, Vozinya DÇ-2026-nın H qrupunda İspaniya və Səudiyyə Ərəbistanı ilə oyunlarda qapısını toxunulmaz saxlayıb.