İdman24
Futbol · APA Sport

“Qalatasaray”da ayrılıq siqnalı – Yeni transfer getmək istəyir

Türkiyənin “Qalatasaray” klubunun yarımmüdafiəçisi Lesli Uqoçukvu komandadan ayrılmağa hazırlaşır.

Apasport.az xəbər verir ki, mövsümün əvvəlində İngiltərənin “Bernli” klubundan bir illik icarəyə götürülən fransalı futbolçu İstanbul təmsilçisində gözləntiləri doğrulda bilməyib.

Böyük ümidlərlə transfer edilən 22 yaşlı yarımmüdafiəçi komandadakı vəziyyətindən narazıdır. O, qış transfer pəncərəsində “Qalatasaray”dan ayrılmaq variantını nəzərdən keçirir.

Qeyd edək ki, Uqoçukvunun İstanbul klubu ilə icarə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə