İdman24
Basketbol · APA Sport

Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu il Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Apasport.az xəbər verir ki, A qrupunda mübarizə aparan yığmamız İsveçrə millisi ilə üz-üzə gəlib.

Bakıda, Milli Gimnastika Arenasında keçirilən qarşılaşma qonaqların 84:33 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, Azərbaycan millisi seçmə mərhələyə 51 xal fərqi ilə məğlub olaraq başlayıb.

Qeyd edək ki, yığmamız növbəti matçını noyabrın 14-də İrlandiyaya qarşı keçirəcək. Görüş Bakıda baş tutacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə