İdman24
Basketbol · APA Sport

ABŞ-li basketbolçu NTD-də - RƏSMİ

NTD basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda ABŞ-dən olan basketbolçu Rayan Kaleb Bartlini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 23 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, oyunqurucusu mövqeyində çıxış edən Rayan Kaleb Bartli ötən mövsümü ABŞ-də "Hyuston Kristian Haskiz" komandasında keçirib.

Orijinal mənbə

İdman24 əsas səhifə