İdman24
Basketbol · APA Sport

"Gəncə"dən yeni transfer

"Gəncə" basketbol klubu ABŞ-dən olan Bakari Kamaranı heyətinə qatıb.

Apasport.az xəbər verir ki, 28 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə bağlanıb.

Boyu 201 sm olan oyunçu karyerası ərzində İspaniya, Danimarka və Fransa klublarında çıxış edib.

Qeyd edək ki, B.Kamaranın son klubu Qətərin "Əl-Vakra" komandası olub.

Orijinal mənbə

İdman24 əsas səhifə