"InOltre": Azərbaycanın Qarabağdakı qələbəsi regionda əməkdaşlıq üçün yeni perspektivlər açıb

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 13° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "InOltre": Azərbaycanın Qarabağdakı qələbəsi regionda əməkdaşlıq üçün yeni perspektivlər açıb Media 08 noyabr, 2026 14:58 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi yalnız hərbi uğur deyil, həm də Cənubi Qafqazda sabitliyin və tərəqqinin əsası olan möhkəm sülhün bərqərar olması və əməkdaşlığın inkişafı yolunda mühüm addım olub.
"Report" xəbər verir ki, bu barədə İtaliyanın "InOltre" nəşrinin məqaləsində deyilir.
Məqalədə vurğulanır ki, 8 Noyabr - Zəfər Günü hər bir azərbaycanlı üçün xüsusi əhəmiyyət kəsb edən sadəcə bir tarix deyil, həm də xalqın yaddaşında həmişəlik iz qoyan tarixi hadisədir.
"Bu gün 2020-ci ilin payızında Azərbaycanın təxminən otuz il işğal altında olan əraziləri geri qaytardığı, yüz minlərlə qaçqın və məcburi köçkünün əsas hüquqlarını bərpa etdiyi 44 günlük Vətən müharibəsinin başa çatması qeyd olunur. Azərbaycan mədəniyyətinin və tarixinin incisi olan Şuşa şəhəri rəmzi olaraq millətin qəlbini və ruhunu təcəssüm etdirir. Bu şəhərin 2020-ci il noyabrın 8-də azad edilməsi 44 günlük müharibənin kulminasiya nöqtəsi, qanunsuz işğalla barışmayan xalqın cəsarətinin və birliyinin nəticəsi olub. Şuşa sadəcə bir şəhərdən daha böyük məna daşıyır. Şəhər mədəni irs, gözəllik və qürur rəmzinə çevrilib, onun vətənə qaytarılması ərazinin özü üzərindəki suverenlik qədər dəyərli olan mənəvi qurtuluşu təmsil edir", - materialda bildirilir.
Müəllif xatırladır ki, Azərbaycanın danışıqlar yolu ilə sülh prosesinə dəyişməz sadiqliyinə baxmayaraq, Ermənistanın yalnız status-kvonun qorunub saxlanmasına yönəlmiş inadkar mövqeyi səbəbindən uzun illər davam edən diplomatiya istənilən nəticələri verməyib.
"Bu tarixi prosesdə Azərbaycan Prezidenti İlham Əliyev əsas rol oynayıb. Onun həm hərbi, həm də diplomatik baxımdan qətiyyətli rəhbərliyi ölkəni inamla istiqamətləndirib, tarixi qələbəni və onilliklər ərzində diqqətdən kənarda qalmış BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib. Müharibədən sonrakı dövrdə Prezident İlham Əliyev sülh gündəliyinin irəli sürülməsini ölkənin strateji siyasətinin mərkəzinə qoyub. Azərbaycan keçmişin yaralarından regional əməkdaşlığa, infrastrukturun inkişafına və transkontinental nəqliyyat dəhlizlərinin inteqrasiyasına keçid edərək, Cənubi Qafqazda davamlı sabitliyin təmin edilməsi üzrə konkret təşəbbüslərə rəhbərlik edib", - məqalədə qeyd olunur.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Nəzrin Babayeva Sosial şəbəkələrdə paylaşın Kopyalandı InOltre: Победа Азербайджана в Карабахе открыла новые перспективы для сотрудничества в регионе InOltre: Azerbaijan's victory in Garabagh opens up new prospects for regional cooperation --> --> --> --> --> USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 13° C Son xəbərlər 15:34 Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib Hərbi 15:27 Şahrudin Məhəmmədəliyev "Qarabağ"da 100-cü Premyer Liqa oyununa çıxıb Futbol 15:24 Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub Digər ölkələr 15:19 İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib Digər ölkələr 15:15 Foto Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı və Şirvanda Zəfər Günü qeyd olunub Daxili siyasət 15:11 Video Prezidentin sosial media hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb Daxili siyasət 15:10 "Araz-Naxçıxan" son dörd mövsümün antirekorduna imza atıb Futbol 15:08 Foto Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib Daxili siyasət 15:02 Foto Biləsuvar, Cəlilabad və İmişlidə Zəfər Günü qeyd olunub Daxili siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.