İdman24
Futbol · Report İdman

Qarabağın bərpası prosesində İndoneziya şirkətlərinin iştirakı müzakirə edilib

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 18° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Qarabağın bərpası prosesində İndoneziya şirkətlərinin iştirakı müzakirə edilib Biznes 26 oktyabr, 2026 15:54 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan və İndoneziya arasında iqtisadi-ticarət sahəsində birgə fəaliyyətin gücləndirilməsi, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, nazir müavini Anar Axundovla İndoneziyanın investisiya və aşağı axın sənayesi nazirinin vitse-müavini, İnvestisiyaların Koordinasiyası Şurasının sədr müavini və "Pertamina" şirkətinin vitse-prezident komissarı Todotua Pasaribu ilə görüşdə baş tutub.

Görüşdə Azərbaycan və İndoneziya arasında enerji, neft-kimya, sənaye, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi, SOCAR ilə "Pertamina" arasında birgə layihələrin həyata keçirilməsi, həmçinin Qarabağın bərpası prosesində İndoneziya şirkətlərinin iştirakı məsələləri müzakirə olunub.

Azərbaycanın sənaye zonalarında və Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılmış imkanlar barədə məlumat verilib, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrdə iştirak, dövlət-özəl tərəfdaşlığı, bərpaolunan enerji, logistika və təhsil sahələrində işbirliyi perspektivləri diqqətə çatdırılıb.

Tərəflər iqtisadi-ticarət sahəsində birgə fəaliyyətin gücləndirilməsi, biznes dairələri arasında əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

1957-ci ildə yaradılmış "Pertamina" şirkəti İndoneziyanın dövlətə məxsus enerji şirkətidir. Şirkət neft və təbii qazın kəşfiyyatı və hasilatı, emalı, neft-kimya, enerji məhsullarının təchizatı və paylanması sahələrində fəaliyyət göstərir.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Fatimə Bağırova Sosial şəbəkələrdə paylaşın Скопировано Foto Баку и Джакарта обсудили участие индонезийского бизнеса в восстановлении Карабаха Foto Baku, Jakarta discuss Indonesian businesses' involvement in Garabagh's reconstruction --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 18° C Son xəbərlər 18:18 Foto Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti TEGOVA-ya üzv qəbul edilib Biznes 18:12 Foto Rövşən Rzayev vətəndaş qəbulu keçirib Daxili siyasət 18:08 Tehranda Yaxın Şərqdəki vəziyyətlə bağlı dördtərəfli görüş keçirilib Region 18:05 Elnur Müzəffərov: "Eldəniz Əzizlinin Qazaxıstanda qızıl medal qazanacağına inamımız böyük idi" Fərdi 18:01 Foto MDB-yə üzv dövlətlər vergi əməkdaşlığının genişləndirilməsini müzakirə edib Maliyyə 18:01 "Sustainable Fitch" SOCAR-ın ESG reytinqini "3" səviyyəsində saxlayıb Energetika 17:55 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib Elm və təhsil 17:54 Foto Əhalinin siyahıyaalınması üzrə qrupun işçilərinin aylıq vəzifə maaşları təsdiqlənib Daxili siyasət 17:50 Foto Fərəh Əliyeva VI "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb Daxili siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə