İdman24
Basketbol · APA Sport

Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək

Azərbaycan millisinin üzvü Polina Şukina NBA, WNBA və FIBA-nın birgə təşkil etdiyi "Basketball Without Borders" (BWB) proqramının qadınlar üçün nəzərdə tutulan "BWB Next Up" düşərgəsinə seçilib.

Apasport.az xəbər verir ki, Sinqapurda keçiriləcək düşərgədə dünyanın müxtəlif ölkələrindən 80 perspektivli gənc basketbolçu yer alacaq.

Bununla da Azərbaycan ilk dəfə sözügedən proqramda təmsil olunacaq.

Noyabrın 18-dən 21-dək davam edəcək düşərgə müddətində iştirakçılar tanınmış basketbolçular və məşqçilərin rəhbərliyi altında məşqlərdə, həmçinin oyunlarda iştirak edərək bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar. Ən yaxşı oyunçular "BWB All-Star" düşərgəsinə seçilmək şansı əldə edəcəklər.

Qeyd edək ki, P.Şukina 2025-ci ildə U-16 Avropa çempionatının B divizionunda ən çox xal toplayan üç basketbolçudan biri olub. O, 2026-cı ildə keçirilən U-18 Avropa çempionatının B divizionunda isə ribaund və effektivlik göstəricilərinə görə turnirin lideri olub.

Orijinal mənbə

İdman24 əsas səhifə