İdman24
Digər · APA Sport

Atletlərimizdən beynəlxalq turnirdə iki medal - FOTO

Qazaxıstanın Çimkənd şəhərində atletika üzrə XXXV Qosanov Memorialına start verilib.

Apasport.az xəbər verir ki, Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışında 12 ölkəni təmsil edən 200-dən artıq idmançı iştirak edir.

İlk yarış günündə mübarizəyə qoşulan atletlərimizdən İlahə Quliyeva və Cabir Əliyev uğurlu çıxışla yadda qalıb. 400 metr məsafəyə qaçışda yarışan Quliyeva 55.18 saniyə nəticə ilə 2-ci yeri tutub. Uzunluğa tullanma növündə mübarizə aparan Cabir Əliyevin göstəricisi 7.38 metr olub.

Bu nəticə ilə atletimiz beynəlxalq turnirdə 14 iştirakçı arasında 3-cü olaraq bürünc medal qazanıb.

Orijinal mənbə

İdman24 əsas səhifə