İdman24
Digər · Report İdman

Gökhan Edman: "Azərbaycan komandasının məqsədi EEVZA-da ikinci təsnifat mərhələsinə yüksəlməkdir"

İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri 2027-ci ilin dövlət büdcəsi Bakı 16° C USD - 1.700 EUR - 1.864 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Gökhan Edman: "Azərbaycan komandasının məqsədi EEVZA-da ikinci təsnifat mərhələsinə yüksəlməkdir" Komanda 19 noyabr, 2026 12:40 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

16 yaşadək qızlardan ibarət Azərbaycan voleybol millisinin Avropa çempionatının 1-ci təsnifat mərhələsindəki (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) hədəfi növbəti raunda yüksəlməkdir.

Bunu "Report" a açıqlamasında yığmanın baş məşqçisi Gökhan Edman deyib.

Türkiyəli mütəxəssis Estoniyada keçiriləcək turnirin bütün qarşılaşmalarında sonadək mübarizə aparacaqlarını bildirib:

"Avropa çempionatının ilk təsnifat mərhələsində qrupda Estoniya, Ukrayna və Litva ilə qarşılaşacağıq. Məqsədimiz start fitindən oyunun sonunadək bütün matçlarda, hər bir epizodda sona kimi mübarizə aparmaqdır. Bunun üçün hamımızda, xüsusilə də qızlarımızda böyük əzmkarlıq var. Bu amilləri birləşdirərək çox yaxşı çıxış edəcəyimizə inanıram. Niyyətimiz yaxşı nəticə göstərib ilk 3-4 pillədə qərarlaşmaq və ikinci təsnifat mərhələsinə vəsiqə qazanmaqdır. Ümid edirəm ki, arzuladığımız oyunu meydançada nümayiş etdirəcəyik".

O, yarış başa çatdıqdan sonra ölkə üzrə geniş seçim və inkişaf toplanışları təşkil edəcəklərini vurğulayıb:

"Bu turnirdən qayıtdıqdan sonra gələnilki U-16 qızlar yığmamızın seçimlərini aparmaq üçün Azərbaycanda voleybol məşqləri keçirilən bütün şəhər və mərkəzləri gəzməyə başlayacağıq. Ardıcıllıqla bir ay ərzində bir hissəsini, yanvarda isə qalanını yekunlaşdırmaq istəyirik. Həm 2014-2015-ci il təvəllüdlü növbəti U-16 komandasının heyətini, həm də 2016-2017-ci il təvəllüdlü daha kiçikyaşlı qızlarımızı seçmək və onlarla məşqlərə başlamaq niyyətindəyik. Mümkün qədər ucaboy, voleybola uyğun, sıçrayış qabiliyyəti, fiziki və zehni hazırlığı yüksək olan yeniyetmələri heyətə cəlb etmək istəyirik. Bunun üçün bütün şəhərlərdəki, rayonlardakı və qəsəbələrdəki voleybol məşqçilərimiz böyük səy göstərdilər, bizə siyahılar göndərdilər, hazırlıq işləri gördülər. Bunun bəhrəsini görəcəyimizi düşünürəm. Seçimlərdən sonra məktəblərin tətilə çıxdığı yanvarın sonundan başlayaraq, martda və tədris ilinin başa çatdığı iyundan sonra inkişaf, eləcə də növbəti U-16 qızlar yığmasının hazırlıq toplanışlarını keçirmək üçün yenidən Azərbaycanın müxtəlif şəhər və rayonlarında bir araya gəlmək istəyirik".

Qeyd edək ki, Estoniyanın Kyariku şəhərində təşkil olunan Avropa çempionatının 1-ci təsnifat mərhələsində B qrupunda yer alan Azərbaycan millisi təşkilatçı ölkənin komandası ilə yanaşı, Litva və Ukrayna kollektivlərinə qarşı mübarizə aparacaq. Yığma ilk oyununu bu gün saat 21:00-da Estoniyaya qarşı keçirəcək. G.Edmanın rəhbərlik etdiyi kollektiv noyabrın 20-də saat 18:00-da Ukrayna, ertəsi gün saat 21:00-da isə Litva seçməsi ilə üz-üzə gələcək.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.864 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 16° C Son xəbərlər 01:45 Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub Digər ölkələr 01:19 Braziliya Prezidenti beşgünlük iş həftəsinə keçidlə bağlı fərmanı imzalayıb Digər ölkələr 00:50 Foto Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib Xarici siyasət 00:35 Foto Video Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var Hadisə 00:26 Tbilisidə partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb, axtarış-xilasetmə başa çatıb Yenilənib-6 Region 00:19 Tramp: İranla bağlı qərar qəbul etməkdə tələsmirəm Digər ölkələr 00:05 Qarakənd faciəsindən 35 il ötür Daxili siyasət 00:00 Ağdamın işğaldan azad olunmasından 6 il ötür Daxili siyasət 23:56 Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə