İlhamə Qədimova: "Qoyunçuluğa subsidiya örüş sahələrində vəziyyəti yaxşılaşdırmaq üçündür"

İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Bakı 16° C USD - 1.700 EUR - 1.881 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika İlhamə Qədimova: "Qoyunçuluğa subsidiya örüş sahələrində vəziyyəti yaxşılaşdırmaq üçündür" ASK 13 noyabr, 2026 14:07 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda 100 hektar örüş sahəsini icarəyə götürmüş, 500 baş qoyunu olan vətəndaşlar üçün nəzərdə tutulan, hər heyvana görə hesablanan subsidiya həmin örüş sahələrinin vəziyyətini yaxşılaşdırmaq məqsədi daşıyır.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, nazirlik qoyunçuluqda ekstensiv təsərrüfatçılığı dəstəkləyir: "Bu da örüş sahələrinin yaxşılaşdırılmasının prioritet əhəmiyyətini ortaya qoyur. Aparılan araşdırmalar göstərir ki, illər keçdikcə iqlim dəyişiklikləri nəticəsində örüş sahələrimizin yem ehtiyatları azalıb".
Nazir müavini əlavə edib ki, örüş sahələrinin yaxşılaşdırılmasını həyata keçirəcək təsərrüfat sahibinin ayrılan subsidiya ilə yanaşı, özünün də investisiya yatırması zəruridir: "Bu öhdəliyin kiçik təsərrüfatlardan daha çox iri təsərrüfatların üzərinə qoyulması məntiqli görünür. Məhz bu səbəbdən 100 hektardan artıq torpaq sahəsini icarəyə götürmüş, 500 baş qoyunu olan vətəndaşlarımıza subsidiya verilir".
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Aysel Aslan Sosial şəbəkələrdə paylaşın Kopyalandı Замминистра: Субсидии крупным овцеводческим хозяйствам предназначены для улучшения пастбищ --> --> --> --> --> USD - 1.700 EUR - 1.881 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.037 Bakı 16° C Son xəbərlər 18:15 Foto Xəzər mənzərəli irimiqyaslı "Caspi Yards" layihəsi və 44 mərtəbəli "Zəfər Qülləsi" təqdim olunub – FOTO/VİDEO Biznes 18:12 Cəmalə Məmmədzadə: Məqsəd insanyönümlü şəhərlərin salınmasında gənclərin ideyalarının tətbiqidir Daxili siyasət 18:08 Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın keçiriləcəyi tarix dəyişdirilib Daxili siyasət 18:01 Azərbaycana bir sıra məhsulların idxalına gömrük rüsumlarının dərəcələri dəyişdirilir Biznes 18:01 Foto ADA Universiteti və "Bank of Baku"nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşıb Maliyyə 17:58 "İnsanyönümlü şəhərlər" hakatonunda iştirak üçün 500-dən çox gənc müraciət edib Elm və təhsil 17:56 Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyi ilə bağlı qərar verib Sənaye 17:52 Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu verilməsi üçün tələblər təsdiqlənib Daxili siyasət 17:52 Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub Hadisə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.