Futbol · APA Sport
İlin ən yaxşı gənc futbolçusu seçildi – ardıcıl üçüncü dəfə

Lamin Yamal üçüncü dəfə ardıcıl “Kopa” mükafatına layiq görülüb.
Apasport.az xəbər verir ki, “Barselona”nın və İspaniya millisinin 19 yaşlı vingeri “France Football” nəşrinin versiyasına görə ilin ən yaxşı gənc futbolçusu seçilib.
Mükafat “Qızıl top”un təqdimetmə mərasimində sahibinə verilib.
Qeyd edək ki, mükafat uğrunda Kərim Alaybqoviç (“Zalsburq”/“Yuventus”, Bosniya və Herseqovina), Ayub Buaddi (“Lill”/“Mançester Siti”, Mərakeş), Pau Kubarsi (“Barselona”, İspaniya), Yan Diomande (“Leypsiq”/“Real”, Kot-d’İvuar), Lennart Karl (“Bavariya”, Almaniya), Eli Cunior Krupi (“Bornmut”), Yoan Manzambi (“Frayburq”/“Aston Villa”, İsveçrə), İbrahim Maza (“Bayer”, Əlcəzair) və Uorren Zair-Emeri (“PSJ”, Fransa) də namizəd göstərilmişdilər.