İdman24
Digər · Report İdman

Azərbaycan və Özbəkistanın idman nazirləri Respublika Velotrekində olublar

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 16° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azərbaycan və Özbəkistanın idman nazirləri Respublika Velotrekində olublar Fərdi 26 oktyabr, 2026 13:10 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Gənclər və idman naziri Fərid Qayıbov və Özbəkistanın idman naziri Ədhəm İkramov Respublika Velotrekində olublar.

Bu barədə "Report" a Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib.

Federasiyanın prezidenti Zaur Axundov və birinci vitse-prezidenti Sahib Ələkbərov qonaqlara ölkədə velosiped idmanının inkişafı istiqamətində görülən işlər, Respublika Velotrekində idmançıların hazırlanması üçün yaradılmış şərait barədə ətraflı məlumat veriblər.

Nazirlər Velotrekdə idmançıların məşq və hazırlıq imkanları, Velosiped Muzeyi, məşqçilərin və idmançıların qalması üçün nəzərdə tutulmuş mini-oteldəki şəraitlə yaxından tanış olublar. Burada məşq edən uşaqların hazırlıq prosesini də izləyən nazirlər gənc nəslin velosiped idmanına cəlb olunması, onların idman bacarıqlarının inkişaf etdirilməsi və gələcəkdə peşəkar idmançı kimi yetişdirilməsi istiqamətində görülən işlərlə tanış olublar.

Qeyd edilib ki, müasir idman infrastrukturu velosiped idmanının kütləviliyinin artırılması, istedadlı uşaqların erkən yaşlardan aşkar edilməsi və onların peşəkar hazırlığının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür idman obyektləri həm yüksək nəticələrə nail olmağı hədəfləyən idmançıların yetişdirilməsinə, həm də gənclər arasında sağlam həyat tərzinin təşviqinə xidmət edir.

Ədhəm İkramov və Fərid Qayıbov idmançılar, məşqçilər, Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin direktoru Gülnarə Məlikova, Azərbaycan Velosiped İdmanı Federasiyanın Tibb Xidmətinin rəhbəri Leyla Cahani ilə səmimi söhbət ediblər.

Respublika Velotrekində yaradılmış şəraiti və idman infrastrukturunu yüksək qiymətləndirən Ədhəm İkramov Azərbaycan və Özbəkistan arasında idman əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini xüsusi olaraq vurğulayıb.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 16° C Son xəbərlər 14:08 Azərbaycanda həyat sığortası üzrə ödənişlər 34 %-dən çox artıb Maliyyə 14:08 Abbas Abbasov Kanaki və Maʻohi Nuidən Azərbaycana gəlmiş ictimai-siyasi fəallarla görüşüb Xarici siyasət 14:05 Foto Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün NATO qiymətləndirilməsi təlimi keçirilib Hərbi 13:58 "Merkuri" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək Maliyyə 13:53 Foto Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib Fərdi 13:46 Azərbaycan İtaliyaya neft satışından qazancını 10 %-dən çox artırıb Energetika 13:45 İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib Xarici siyasət 13:43 Azərbaycan Avstriyaya fındıq ixracını bərpa edib Biznes 13:38 Tom Berendsen: Niderland Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə