Digər · APA Sport
Türkiyə – Fransa matçına alman hakim

UEFA Millətlər Liqasının A Liqasında keçiriləcək Türkiyə – Fransa matçının hakim təyinatı açıqlanıb.
Apasport.az xəbər verir ki, qarşılaşmanı almaniyalı FIFA referisi Feliks Zvayer idarə edəcək.
Türkiyə və Fransa A Liqasının I qrupunda sentyabrın 25-də üz-üzə gələcəklər.
Kocaelidə keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, Türkiyənin yer aldığı qrupda Fransa ilə yanaşı, İtaliya və Belçika da mübarizə aparır.