Azərbaycan Kuboku: Son iki vəsiqənin sahibi müəyyənləşir - YENİLƏNİR

Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulacaq.
Apasport.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma keçiriləcək.
“Xankəndi” doğma meydanda “Gəncəbasar”ı, “Zəngəzur” isə “Karvan-Yevlax”ı qəbul edəcək. Hər iki görüş saat 14:00-da başlayacaq.
Bu qarşılaşmalardan sonra 1/8 final mərhələsinin son iki iştirakçısı müəyyənləşəcək.
Qeyd edək ki, daha əvvəl “İmişli”, “Şahdağ Qusar”, “Şamaxı”, “Şəfa”, “Kəpəz”, “Zirə”, “Sumqayıt”, “Qəbələ”, “Araz-Naxçıvan” və “Marafon” növbəti mərhələyə vəsiqə qazanıb.
Azərbaycan Kuboku, II təsnifat mərhələsi
14:00. “Xankəndi” – “Gəncəbasar” Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Safalı Ağayev, Hacıağa Həsənov. Stadion: Şamaxı OİK stadionu.
14:00. “Zəngəzur” – “Karvan-Yevlax” Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Samir Qaracayev, Ləman Əmirli. Stadion: Binə qəsəbə stadionu.