AFFA I Liqa klublarının üzvləri üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiyalar keçirib

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol Bakı 19° C USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika AFFA I Liqa klublarının üzvləri üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiyalar keçirib Futbol 03 noyabr, 2026 12:48 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA-nın Komplayns və Danışılmış Oyunlara Qarşı Mübarizə Şöbəsi tərəfindən I Liqada çıxış edən "Şahdağ Qusar", "Baku Sportinq" və "Xankəndi" klublarının əsas komandalarının futbolçuları və məşqçilər heyəti üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiyalar təşkil olunub.
Bu barədə "Report" a qurumun mətbuat xidmətindən bildirilib.
AFFA-da hər il mütəmadi şəkildə həyata keçirilən silsilə sessiyalar çərçivəsində baş tutan tədbir zamanı Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin aparıcı mütəxəssisi Murad Məmmədli futbolçulara və məşqçilərə danışılmış oyun anlayışı, oyun zamanı futbolçuların və məşqçilərin üzləşə biləcəyi risklər, eləcə də bu cür halların futbolun toxunulmazlığına və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat verib.
Təlimçi futbolçuların və məşqçilərin oyun prosesində daşıdığı rol və bu rolun hər hansı kənar təsirdən qorunmasının vacibliyi barədə geniş təqdimatla çıxış edib. Bildirilib ki, danışılmış oyunlar kontekstində futbolçuların və məşqçilərin davranışları həssas məqamlardan biri hesab olunur və bu səbəbdən onların peşəkar davranışı daim yüksək məsuliyyət tələb edir.
Sessiya çərçivəsində futbolçuların və məşqçilərin futbolun ədalət və dürüstlük prinsiplərinin qorunmasında mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, peşəkarlıq, prinsipiallıq, dürüstlük və yüksək peşə etikası futbolçuların və məşqçilərin fəaliyyətinin ayrılmaz hissəsidir və bu prinsiplərin qorunması futbolun etibarlılığı üçün həlledici əhəmiyyət daşıyır. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və futbolçulara və məşqçilərə mümkün təsir üsulları təqdimat vasitəsilə izah olunub.
Eyni zamanda, futbolçuların və məşqçilərin etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, bu cür halların vaxtında və düzgün şəkildə məlumat verməsi zərurəti, eləcə də məlumatın gizlədilməsinin doğura biləcəyi ciddi nəticələr praktiki situasiyalar əsasında müzakirə olunub. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və futbolçuların və məşqçilərin ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.
Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri futbolçuların və məşqçilərin diqqətinə çatdırılıb, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu vurğulanıb. Həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim edilib. Təlimin sonunda iştirakçıların biliklərini yoxlamaq məqsədilə təlimlə bağlı interaktiv suallar verilib.
Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və futbolçuların və məşqçilərin bu sahədə məsuliyyət və məlumatlılıq səviyyəsinin daha da artırılmasıdır.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 19° C Son xəbərlər 14:13 Londondan gələn təyyarə partlayış təhlükəsinə görə Varşava yaxınlığındakı hava limanında təcili eniş edib Digər ölkələr 14:07 Cənubi Koreya və Türkiyə prezidentləri müdafiə və AES sahəsində əlaqələri genişləndirəcək Digər ölkələr 14:06 Arseniy Djioyev Azərbaycan idmançılarının reytinqində birinci pilləyə yüksəlib Fərdi 13:57 Deputat: "Regionlarındakı sahibkarlar elektron ticarətə inteqrasiya edilməlidir" Biznes 13:41 Sorğu: Ukraynalıların 60 %-dən çoxu ABŞ-nin Kiyevə təzyiq göstərdiyini hesab edir Digər ölkələr 13:34 Foto ABŞ-li ekspertlərin Azərbaycanın 44 günlük müharibədəki qələbəsinə həsr olunan kitabı təqdim edilib Daxili siyasət 13:29 UEFA Avropa Liqası: Əliyar Ağayev İspaniyada "Selta"nın oyununu idarə edəcək Futbol 13:24 "Elektron ticarət haqqında" qanunun əhatə dairəsinin genişləndirilməsi I oxunuşda qəbul edilib Biznes 13:23 Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.