İdman24
Digər · APA Sport

“Fənərbaxça”dan ayrılan İsmail Kartala ölkə xaricindən rəsmi təklif

“Fənərbaxça”dan ayrılan İsmail Kartal məşqçilik karyerasını İranda davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “Traktor” klubu türkiyəli mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir.

Jurnalist Salim Manavın məlumatına görə, Təbriz təmsilçisi Kartala rəsmi təklif göndərib.

Təklifin ardınca tərəflər arasında danışıqlar başlayıb.

Xatırladaq ki, İsmail Kartal daha əvvəl də İranda çalışıb. Türkiyəli mütəxəssis 2025-ci ilin yanvarından iyuluna qədər “Persepolis”ə rəhbərlik edib və komanda onun rəhbərliyi altında ölkə çempionatını üçüncü pillədə başa vurub.

Orijinal mənbə

İdman24 əsas səhifə