İdman24
Futbol · APA Sport

“Qalatasaray”ın əfsanəvi futbolçusu vəfat etdi

Türkiyənin “Qalatasaray” klubunun sabiq futbolçusu Cevad Prekazi 69 yaşında vəfat edib.

Apasport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub əfsanəvi futbolçusunun vəfatı ilə bağlı başsağlığı mətni yayımlayıb.

“Unudulmaz qolları və yaşatdığı sevinclərlə bir nəsli "Qalatasaray" azarkeşinə çevirən Prekazi qəlbimizdə daim yaşayacaq. Səni unutmayacağıq”, – deyə açıqlamada bildirilib.

1957-ci ildə anadan olan Prekazi 1985–1991-ci illərdə “Qalatasaray”ın formasını geyinib. O, İstanbul klubu ilə iki dəfə Türkiyə çempionu, bir dəfə ölkə kubokunun və üç dəfə Superkubokun qalibi olub.

Qeyd edək ki, sabiq yarımmüdafiəçi karyerası ərzində “Partizan”, “Hayduk Split”, “Altay” və “Bakırköyspor” klublarında da çıxış edib.

Orijinal mənbə

İdman24 əsas səhifə