İdman24
Digər · APA Sport

ÇL: "Fənərbaxça"nın potensial rəqibi müəyyənləşdi

"Fənərbaxça"nın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi II təsnifat mərhələsində Polşanın "Qornik Zabrze" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti mərhələdə "Harts" (Şotlandiya) - "Şturm Qrats" (Avstriya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, "Fənərbaxça" - "Qornik Zabrze" cütünün ilk oyunu iyulun 22-də İstanbulda, cavab görüşü isə iyulun 29-da Polşada keçiriləcək.

III təsnifat mərhələsinin matçları isə avqustun 5-6 və 12-də baş tutacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə