İdman24
Futbol · APA Sport

Mourinyo Çempionlar Liqasında tarixə düşdü

“Real”ın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasında qələbələrin sayına görə dördüncü pilləyə yüksəlib.

Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin rəhbərlik etdiyi Madrid klubu ötən gün liqa mərhələsinin III turunda “Leypsiq”i 4:1 hesabı ilə məğlub edib.

Bu, Mourinyonun Çempionlar Liqasındakı 87-ci qələbəsi olub. O, bu göstəricidə “Arsenal”ın sabiq baş məşqçisi Arsen Vengeri (86 qələbə) geridə qoyub.

Turnirdə daha çox qələbə qazanan mütəxəssislər Karlo Ançelotti (124), Xosep Qvardiola (117) və Aleks Ferqyusondur (102).

Orijinal mənbə

İdman24 əsas səhifə