Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 Bakı 21° C USD - 1.700 EUR - 1.910 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib Fərdi 07 oktyabr, 2026 10:36 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Monteneqronun Budva şəhərində təşkil olunan U-17 Avropa çempionatında Azərbaycan millisinin daha 5 boksçusu adını 1/4 finala yazdırıb.
Bu barədə "Report" a Azərbaycan Boks Federasiyasından bildirilib.
Həsrət Məmmədov (46 kq) Camal Dustiyevlə (Rusiya) gücünü yoxlayıb və 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. Təmsilçimiz 1/4 finalda Kristian Mezeslə (Slovakiya) qüvvəsini sınayacaq.
Qardaş Rəhimov (54 kq) Şon Kellini (İrlandiya) məğlub edib. Boksçumuz rəqibinə 3:2 (28:29, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Nikita Beskaravayni (Belarus) ilə üz-üzə gələcək.
Əli Abaslı (60 kq) Zeki Uğurdan (Türkiyə) güclü olub. Hər 3 raundu xeyrinə bitirən milli üzvü yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb. Abaslı 1/4 finalda Aleksandru-Ahile Buhanuyukla (Moldova) döyüşəcək.
Yusif Həsənli (66 kq) Lukas Fulanoviçi (Xorvatiya) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). O, növbəti görüşündə Raul Barone (İtaliya) ilə münasibətinə aydınlıq gətirəcək.
Hidayət Məmmədov (70 kq) isə Joel Şutsa (İsveçrə) qalib gəlib - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Boksçumuz 1/4 finalda Sandro Tsimtsba (Rusiya) ilə qarşılaşacaq.
Boksçularımız 1/4 final döyüşlərinə oktyabrın 8-də çıxacaqlar.
Qeyd edək ki, daha öncə millimizin 6 idmançısı adını 1/4 finala yazdırıb, 3 boksçu isə 1/8 final döyüşünə çıxacaq.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 11:53 Sadiq Qurbanov: "Fermerlərin gələcək risklərə hazırlığı təmin edilməlidir" ASK 11:49 Beşqat olimpiya çempionu Nadya Komaneçi Bakıda keçirilən mundialın iştirakçılarına müraciət edib Fərdi 11:47 Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək Daxili siyasət 11:45 AQTA: Aqrar sahədə yeni qanun heyvan-bitki sağlamlığını inkişaf etdirəcək ASK 11:39 Astanada dini liderlərin iclasında iqlim dəyişikliyi və süni intellektlə bağlı sənədlər təqdim edilib Din 11:35 Deputat: "Kənd təsərrüfatı kooperasiyasının vaxtı hələ çatmayıb" ASK 11:26 Qaburiç: İtkin düşmüş şəxslərlə bağlı məsələ siyasətdən kənar olmalıdır Xarici siyasət 11:25 Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb Fərdi 11:23 Məcnun Məmmədov: "Aqrar sahədə yeni qanun istehsalçıları əsassız müdaxilələrdən qoruyacaq" ASK Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.