İdman24
Digər · Report İdman

İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib

İlham Əliyev UEFA Çempionlar Liqası Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi Bakı 8° C USD - 1.700 EUR - 1.861 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev UEFA Çempionlar Liqası Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Digər Mədəniyyət Dünya Analitika Multimedia LongRead İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Daxili siyasət 25 noyabr, 2026 17:52 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin normaları dəyişib.

"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

İdman tədbirlərinin keçirilməsində dövlət büdcəsinin vəsaitlərindən istifadə edən Gənclər və İdman Nazirliyi gələn il üçün keçiriləcək idman tədbirlərinə tələb olunan zəruri vəsaitlərin ümumi hesablamalarını cari ilin 1 iyul tarixinə qədər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.

Müvafiq idman federasiyası və ya digər aidiyyəti təşkilatlar nazirlik tərəfindən ümumi hesablamaların hazırlanması məqsədilə bu qaydaların müvafiq bəndində nəzərdə tutulmuş müddəti nəzərə alaraq keçiriləcək idman tədbirləri və tələb olunan zəruri vəsaitlərlə bağlı ilkin məlumatları Nazirliyə təqdim etməlidirlər.

Azərbaycan ərazisində keçirilməsi planlaşdırılan beynəlxalq idman tədbirləri üzrə beynəlxalq idman federasiyasının tədbirin keçirilməsi hüququnun verilməsi barədə qərarı və ya digər təsdiqedici sənəd, habelə tədbirin təşkili ilə bağlı bağlanılmış müqavilə də (mövcud olduqda) təqdim edilməlidir.

Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Gülər Seymurqızı Sosial şəbəkələrdə paylaşın Kopyalandı В Азербайджане изменены правила финансирования спортивных мероприятий --> --> --> --> --> USD - 1.700 EUR - 1.861 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 8° C Son xəbərlər 18:50 Xalq artisti Elmira Şabanova vəfat edib Digər 18:38 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Mədəniyyət siyasəti 18:33 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Region 18:15 Özbəkistanda növbəti dəfə Azərbaycan Mədəniyyəti Günləri təşkil olunacaq Mədəniyyət 18:12 Foto "PAŞA Bank" və "Deloitte Private" "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Maliyyə 18:04 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb Maliyyə 18:02 Respublika və beynəlxalq miqyaslı idman tədbirlərində hakimlərin xidmət haqqı normaları müəyyənləşib İdman 18:02 Foto "Bravo" böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Biznes 18:01 Tadevosyan: Ermənistan "Starlink" xidmətlərindən istifadənin genişləndirilməsində maraqlıdır Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə