İdman24
Futbol · APA Sport

Ronaldo yenə seçildi - Portuqaliya matçının ən yaxşısı oldu

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo növbəti fərdi mükafata layiq görülüb.

Apasport.az xəbər verir ki, 41 yaşlı hücumçu DÇ-2026-nın K qrupunda Özbəkistana qarşı keçirilən oyunun ən yaxşı futbolçusu seçilib.

Ronaldo qarşılaşmada dubla imza ataraq komandasının qələbəsində mühüm rol oynayıb.

Qeyd edək ki, portuqaliyalı ulduz bu görüşdə dünya çempionatlarındakı qol sayını 10-a çatdıraraq Eusebionun (9) rekordunu geridə qoyub və Portuqaliya millisinin mundiallar tarixində ən məhsuldar futbolçusu olub.

Orijinal mənbə

İdman24 əsas səhifə