İdman24
Digər · Report İdman

ICF-nin gələnilki qitə çempionatlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 14° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika ICF-nin gələnilki qitə çempionatlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib Komanda 07 noyabr, 2026 00:46 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Misirin Marsa Alam şəhərində Beynəlxalq Çövkən Federasiyasının (ICF) təşkilatçılığı ilə ICF-nin 4-cü assambleyası keçirilib.

Federasiyadan "Report" a verilən məlumata görə, 58 ölkənin iştirakı ilə baş tutan assambleyada beynəlxalq çövkən idmanının gələcək inkişafı, 2027-ci il kontinental çempionatlarının təşkili, regional qrupların fəaliyyəti, federasiyanın üzvlük məsələləri və idman qaydalarına dəyişikliklər müzakirə olunub.

Assambleya çərçivəsində 2027-ci ildə keçiriləcək kontinental çempionatların ev sahibi ölkələri müəyyən edilib. Belə ki, Avropa çempionatının Böyük Britaniyada, Asiya çempionatının Qazaxıstanda, Afrika çempionatının Mərakeşdə, Cənubi Amerika çempionatının isə Çilidə keçirilməsi qərara alınıb.

Küveytin təşəbbüsü ilə Körfəz ölkələri Regional Qrupunun yaradılması məsələsi səsverməyə çıxarılıb və iştirakçıların səs çoxluğu ilə təsdiqlənib. Səsvermə nəticəsində Küveytdən olan nümayəndə regional qrupun rəhbəri seçilib. Bununla yanaşı, Asiya və Avropa regional qruplarının rəhbərləri də səsvermə yolu ilə yenidən müəyyənləşdirilib. Yeni seçilmiş rəhbərlərin səlahiyyət müddəti 2029-cu ilədək qüvvədə olacaq.

İclasda çövkən idmanının qaydalarına da dəyişikliklər edilib. Xüsusilə qırmızı kart və penalti tətbiqi ilə bağlı qaydalar müzakirə olunaraq yenilənib.

Tədbir zamanı "Netflix" platformasında yayımlanacaq "Horses and Human" adlı filmin qısa treyleri təqdim edilib. Filmin 2027-ci ilin martında "Netflix"də yayımlanması nəzərdə tutulur.

Assambleyanın mühüm qərarlarından biri də federasiyaya yeni üzvlərinin qəbul edilməsi olub. Səsvermə nəticəsində Bəhreyn, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri və İran Beynəlxalq Çövkən Federasiyasının yeni üzvləri kimi təsdiqlənib.

Bundan əlavə, üzv ölkələrin digər təklifləri də nəzərdən keçirilib, müzakirələr aparılıb və beynəlxalq çövkən idmanının inkişafına dair müxtəlif məsələlər diqqətə alınıb.

Assambleyanın proqramına uyğun olaraq, 7 noyabr 2026-cı ildə iştirakçı ölkələrin nümayəndələrinin iştirakı ilə yoldaşlıq çövkən oyununun keçirilməsi planlaşdırılır.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 14° C Son xəbərlər 01:49 Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub Region 01:41 Fransada etirazlar zamanı təhlükəsizliyi 70 000 asayiş keşikçisi təmin edəcək Digər ölkələr 01:05 Gürcüstan və Ermənistanın sərhəd delimitasiyası komissiyaları fəaliyyətlərini bərpa edib Region 00:46 ICF-nin gələnilki qitə çempionatlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib Komanda 00:30 Rubio G7-nin XİN başçılarının görüşündə iştirak üçün Parisə səfər edəcək Digər ölkələr 00:07 Fransada naməlum şəxslər dərs zamanı məktəbi yandırmağa cəhd ediblər Digər ölkələr 23:43 Foto Oğruca kəndinin yaddaş izləri: Dağıdılmış kənd, qorunub saxlanılan qəbiristanlıq Daxili siyasət 23:36 Tramp Stiven Milleri Ağ Evin Aparat rəhbəri təyin edib Digər ölkələr 23:17 Hakan Fidan: Şimali Kiprin hüquq və maraqlarının müdafiəsinə davam etdirəcəyik Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə